Logo

Türkiyə Krım tatarlarına müddətsiz yaşayış icazəsi verməyə BAŞLADI

Türkiyə Krım tatarlarına müddətsiz yaşayış icazəsi verməyə BAŞLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ahıska, uyğur, bolqar və yunan türklərinin sahib olduğu “türk soylu” statusuna daxil olan Krım tatarlarına da Türkiyədə uzunmüddətli yaşayış icazələri verilməyə başlanıb.

Sfera.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyənin Miqrasiya İdarəsi Müdirliyi ölkənin daxili işlər naziri Süleyman Soylunun 2022-ci ilin iyun ayında verdiyi açıqlamadan sonra Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verilməsi üçün hərəkətə keçib.

Qeyri-Türkiyə vətəndaşının uzunmüddətli yaşayış icazəsi ala bilməsi üçün Türkiyədə səkkiz il fasiləsiz yaşaması tələb olunur. Miqrasiya Siyasəti Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən, uzunmüddətli yaşayış icazəsi yuxarıda qeyd olunan vaxt tələbi olmadan bolqar, yunan, ahıska və uyğur türklərinə verilə bilər.

Türkiyəyə gələn Krım türkləri lazımi şərtləri yerinə yetirdikləri və uyğun görüldüyü təqdirdə uzunmüddətli yaşayış icazəsi ala biləcəklər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR