Ermənistan Zəngəzur dəhlizinin açılmasından niyə yayına bilməyəcək?
Noyabrın 25-də ADA Universitetində Azərbaycan Prezidentinin iştirakı ilə sayca üçüncü olan beynəlxalq konfrans keçirildi. Bu mötəbər tədbirdə ABŞ, Böyük Britaniya, İsrail, Rusiya, Fransa, Pakistan, Kanada, İtaliya, Belçika, İsveçrə, Bolqarıstan, Gürcüstan, Misir, Polşa, Rumuniya və qardaş Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və tanınmış nümayəndələri iştirak edirdilər. ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən konfransın siyasi