"Cənubi Qafqazın tarixində yeni səhifə aça bilərik” - ABŞ-ın ATƏT-dəki səfiri

ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter bildirib ki, ABŞ Azərbaycan-Ermənistan sülh prosesində dərindən iştirak edir və sülh müqaviləsinin bağlanmasında son dərəcə maraqlıdır.

 

Sfera.az-ın məlumatına görə, ABŞ-ın Ermənistan və Azərbaycan arasında razılıq əldə etmək üçün diplomatik səyləri barədə sualı cavablandıran M.Karpenter "bu ölkələrin liderlərini yaxınlaşdırmaq yollarını axtarmağa davam edəcəyik" ,- deyə bildirib.

 

“Heç kimə sirr deyil ki, ABŞ və onun Aİ-dəki tərəfdaşları Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması prosesi üzərində çox yaxından işləyir və Azərbaycan-Ermənistan sərhədinə müşahidəçilər göndərməklə ATƏT-in potensialından istifadə etmək imkanını nəzərdən keçirir”,- amerikalı diplomat qeyd edib.

 

“Məqsədimiz bəllidir. Biz istərdik ki, sərhəd ən qısa zamanda müəyyən edilsin. İstərdik ki, iki tərəf tezliklə sülh müqaviləsi üzərində razılaşsın ki, bölgəyə sülh və sabitlik qayıtsın, bu bölgədə yaşayan bütün insanların hüquq və təhlükəsizliyinə hörmət edilsin və biz Cənubi Qafqazın tarixində yeni səhifə aça bilək”, - Karpenter vurğulayıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...