“Hara tələsirik?” – Zərdüşt Əlizadədən Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı AÇIQLAMA

“Hara tələsirik?” – Zərdüşt Əlizadədən Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı AÇIQLAMA

İşğaldan azad olunmuş ərazilərdə 2021-ci il Ermənistan istehsalı olan minalar aşkarlanıb. Minaların Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçirildiyi ehtimal edilir. Bu səbəbdən də Laçın dəhlizinin bağlanması, dəhlizə tam nəzarətin Azərbaycana keçməsi ilə bağlı təkliflər səsləndirilməkdədir.

 

Maraqlıdır, Azərbaycan Laçın dəhlizinə tam nəzarəti təmin edərək Rusiya sülhməramlılarını həmin ərazidən kənarlaşdıra bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə hazırkı reallıqda bunu təmin etmək real görünmür:

 

Zərdüşt Əlizadə: “Paşinyan müharibəni qəsdən uduzur”

 

“Azərbaycan Respublikasının öz qanuni ərazisi olan Laçın rayonundan keçən yola hansısa nəzarət mexanizmi, sərhəd keçid məntəqəsi qurmaq, oradan keçən yükləri yoxlamaq imkanları var. Lakin bu, Azərbaycanın Rusiya ilə ciddi qarşıdurmaya getməsi, Rusiyanı açıq şəkildə ittiham etməsi anlamına gələcək. Əgər bu və digər məsələlər açıq şəkildə deyilmirsə, o zaman məsələ fərqli şəkildə çatdırılır. Məsələn, Sarıbaba istiqamətində tapılan minaların 44 günlük müharibədən sonra Laçın dəhlizi vasitəsilə Azərbaycana keçirilməsi yönündə açıqlamalar verilir. Bu, o deməkdir ki, həmin minaları Rusiya sülhməramlıları keçirib. Yəni hər şey real gücdən asılıdır. Azərbaycanın hazırkı real gücü bizə imkan vermir ki, biz Rusiyanı açıq ittiham edərək çirkli oyunlarını dünyaya bəyan edək”.

 

Politoloq Azərbaycanın Qarabağ üzərində nəzarətini zamanla tam bərpa edəcəyini qeyd edib:

 

“İndiki məqamda bu qarşıdurma lazım deyil. Bundan başqa sual vermək lazımdır ki, biz nə üçün tələsməliyik? Artıq Rusiya tədricən  zəifləyir, imkanları məhdudlaşır, Ermənistan içəridən laxlayır. Yəni hadisələr istədiyimiz məcrada inkişaf edir və bir müddət sonra artıq Azərbaycan Qarabağ üzərinə nəzarəti tam bərpa edəcək. Bizi kim qovur, hara tələsirik? Rusiyanın siyasi nüfuzu azalır, maliyyə imkanları zəifləyir. Biz sadəcə gözləməliyik ki, müəyyən zaman keçsin. Azərbaycan indi dağın başında dayanıb gedən prosesləri izləyir. İndi diplomatik məharətdən istifadə edib vəziyyəti gərginləşdirməməliyik.  Qarabağda quruculuq işlərini daha da gücləndirməli, Ermənistana təzyiqi artırmalıyıq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...