Zelenski hərbçiləri belə təbrik etdi - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə hərbçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. Sfera.az xəbər verir ki, Zelenski hərbçiləri təbrik etmək üçün öz teleqram kanalında video paylaşıb. Videoda isə hazırda müharibədə iştirak edən hərbçilərin görüntüləri yer alıb. Sözügedən video ölkə mediasında və sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Videoda azyaşlı uşaq “Bu mənim atamdır, bu, qonşum, bu, dostumun atası, bu mənim ingilis dili müəllimim, bu isə qardaşımdır” deyir.