Logo

“Mən açıqlaya bilmərəm...” – Ermənistan rəsmisi sülh sazişinin detallarından danışdı

“Mən açıqlaya bilmərəm...” – Ermənistan rəsmisi sülh sazişinin detallarından danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Eduard Ağacanyan  Ermənistanın Azərbaycanın verdiyi sülh müqaviləsi paketini aldığını deyib.

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, o, bəzi məsələləri açıqlaya bilmədiyini qeyd edib:

Eduard Ağacanyan: Ermənilər Qarabağdan kütləvi köçəcək

“Biz Azərbaycan tərəfindən təkliflər almışıq. Həmin müddəalar bizim təkliflərimizə cavabdır. Demək olar ki, müzakirələrin üçüncü mərhələsinə qədəm qoymuşuq. Bunlar dərc edilməli olan təfərrüatlar olmadığı üçün mən bunları açıqlaya bilmərəm”,- parlament nümayəndəsi mətbuat konfransında deyib.

Ağacanyan ilin sonuna qədər Azərbaycan və Ermənistan liderləri, yaxud hər iki ölkənin xarici işlər nazirləri arasında görüşün mümkünlüyünü istisna etməyib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR