Logo

Zelenski hərbçiləri belə təbrik etdi - VİDEO

Zelenski hərbçiləri belə təbrik etdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə hərbçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Sfera.az xəbər verir ki, Zelenski hərbçiləri təbrik etmək üçün öz teleqram kanalında video paylaşıb.

Videoda isə hazırda müharibədə iştirak edən hərbçilərin görüntüləri yer alıb. Sözügedən video ölkə mediasında və sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Videoda azyaşlı uşaq “Bu mənim atamdır, bu, qonşum, bu, dostumun atası, bu mənim ingilis dili müəllimim, bu isə qardaşımdır” deyir.

Zelenski hazırda Ukraynanı müdafiə edən hər bir hərbçiyə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, hər il dekabrın 6-sı Ukraynada Silahlı Qüvvələr Günü olaraq qeyd edilir. Bu bayram 1993-cü ildə ölkənin öz müstəqilliyini qazanmasından sonra Ali Rada tərəfindən təyin edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR