Azərbaycan-İtaliya münasibətlərinin 35 illiyi qeyd olunacaq
Kateqoriya məlum deyil
Azərbaycan və İtaliya arasında münasibətlər möhkəm təməl üzərində qurulub və əməkdaşlıq müxtəlif istiqamətlərdə uğurla inkişaf edir.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayaninin iştirakı ilə keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü qeyd olunacaq.
C.Bayramovun sözlərinə görə, ötən illər ərzində Azərbaycan və İtaliya arasında çoxsaylı sənədlər imzalanıb, dövlət başçıları arasında müntəzəm təmaslar və siyasi dialoq münasibətlərin inkişafında mühüm rol oynayıb.
Bəsti Rəfizadə






