Logo

Heydər Əliyev ideyalarından tarixi Zəfərə - Yeni Azərbaycan Partiyasının dövlətçilik yolu

Heydər Əliyev ideyalarından tarixi Zəfərə - Yeni Azərbaycan Partiyasının dövlətçilik yolu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yeni Azərbaycan Partiyasının yaradılması müasir Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən, dövlətçiliyimizin gələcək inkişafını müəyyən edən taleyüklü siyasi hadisələrdən biridir.

1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi ciddi təhlükələrlə üz-üzə qalmışdı.

Siyasi böhran, hakimiyyət uğrunda mübarizə, müharibə və parçalanma təhlükəsi ölkənin gələcəyini sual altına almışdı. Belə mürəkkəb tarixi şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın taleyində yeni mərhələnin əsasını qoydu.

Bu, dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin edilməsi, xalqın gələcəyə inamının bərpası və Azərbaycanın inkişaf yolunun müəyyənləşdirilməsi istiqamətində atılmış tarixi addım idi. Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi, qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycan ən ağır sınaqlardan çıxaraq müstəqil dövlət kimi möhkəmlənmək və öz gələcəyini müəyyən etmək imkanı qazandı.

Bu gün ölkəmizin qazandığı uğurların, tarixi Zəfərin və dövlətçilik nailiyyətlərinin təməlində məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi strategiya dayanır. Həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni tarixi reallıqlara uyğun şəkildə inkişaf etdirildi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası isə bu dövlətçilik yolunun ən möhtəşəm nəticələrindən biri oldu.

Mənim üçün bu tarixin ayrıca, çox doğma və mənəvi bir mənası var. Çünki Yeni Azərbaycan Partiyasının yaranması ilə başlayan siyasi proseslər həm də ailə tariximin, uşaqlıq xatirələrimin ayrılmaz hissəsidir. Bu gün xüsusi qürur hissi keçirirəm ki, partiyanın yaradılması ilə tarixə düşmüş 91-lərdən biri, həmin tarixi müraciətə imza atan Mirzə Əsgərovun oğluyam.

Atamın həmin dövrdəki ictimai-siyasi fəaliyyəti, jurnalist kimi Ulu Öndər Heydər Əliyevin siyasi mövqeyinin və dövlətçilik ideyalarının ictimaiyyətə çatdırılması istiqamətində göstərdiyi xidmətlər mənim üçün həm ailə tariximizin, həm də mənəvi dəyərlərimizin mühüm səhifəsidir. Onun “Naxçıvan” qəzetində, “Real İnformasiya Agentliyi”ndə və “Naxçıvan Yaşayır, Döyüşür” jurnalında fəaliyyəti həmin tarixi mübarizənin informasiya cəbhəsinə verdiyi töhfənin göstəricisidir. Atamın öz əqidəsinə sadiq qalaraq Azərbaycanın gələcəyi naminə bu məsuliyyətli yolda yer alması ilə fəxr edirəm.

Bu əlamətdar gündə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyir, Yeni Azərbaycan Partiyasının yaranmasında və inkişafında xidmətləri olmuş, bu yolda ömrünü və əməyini əsirgəməmiş bütün insanları minnətdarlıqla yad edirəm. Artıq aramızda olmayanların, o cümlədən atam Mirzə Əsgərovun xatirəsi qarşısında ehtiramla baş əyir, onların xidmətlərini dərin minnətdarlıq hissi ilə xatırlayıram.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və dövlətçilik strategiyasının əsas davamçısı olan Prezident İlham Əliyevə, eləcə də dövlətimizin inkişafı və möhkəmlənməsi naminə bu siyasi yola sədaqətlə xidmət edən hər kəsə uğurlar arzulayıram.

Xalqımızın birliyi, milli həmrəyliyi və Prezidentimizin ətrafında sıx birləşməsi Azərbaycanın müstəqilliyinin, suverenliyinin və gələcək inkişafının mühüm təminatıdır. Tarixi Zəfərimiz də bu birliyin, dövlətimizin qətiyyətinin və ardıcıl dövlətçilik siyasətinin nəticəsidir.

Yeni Azərbaycan Partiyasının yaradılmasının ildönümü münasibətilə partiyanın bütün üzvlərini, onun yaranmasında və inkişafında əməyi olan insanları, eləcə də bütün xalqımızı ürəkdən təbrik edirəm!

Əqidəniz möhkəm, sədaqətiniz sarsılmaz olsun! Vətən, xalq və dövlət naminə fəaliyyətinizdə daim uğurlar arzulayıram!

Yaşasın müstəqil Azərbaycan!

Araz Əsgərli

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR