Logo

İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır

İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Sizin (Vyetnamın – red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir".

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşdə söyləyib.

“Sizin də doğru qeyd etdiyiniz kimi, cənab Prezident, münasibətlərimiz strateji əhəmiyyət daşıyır. Ötən il Sizin Azərbaycanda dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR