Logo

Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub

Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

19 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə YAP Abşeron Rayon Təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev açaraq iştirakçıları və qonaqları salamlayıb. O, çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəldiyini, partiyanın Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb ictimai-siyasi şəraitdə yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, ötən 34 il ərzində Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib. Bu gün partiyanın fəaliyyətinin əsas istiqamətlərini Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqət, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstək, milli maraqların və dövlətçilik ənənələrinin qorunması təşkil edir.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə siyasi sabitliyin və dövlətçilik ənənələrinin möhkəmləndirildiyini qeyd edib. Bildirib ki, bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, ölkəmizin beynəlxalq nüfuzu və mövqeyi daha da güclənir. Abdin Fərzəliyev partiyanın qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsində rayon təşkilatlarının, partiya fəallarının və gənclərin mühüm rolunu xüsusi vurğulayıb.

Milli Məclisin deputatı Nigar Məmmədova çıxışında Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinin ölkəmizin siyasi və ictimai həyatında mühüm mərhələ təşkil etdiyini bildirib. O, partiyanın dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin gücləndirilməsi və cəmiyyətin müxtəlif təbəqələrinin vahid məqsəd ətrafında birləşdirilməsi istiqamətindəki fəaliyyətindən danışıb. Deputat, həmçinin qadınların və gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının, onların ölkənin gələcək inkişafında iştirakının vacibliyini qeyd edib. Vurğulayıb ki, güclü dövlətin və sağlam cəmiyyətin formalaşmasında milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik mühüm əhəmiyyət daşıyır.

Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxışında Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan igid oğullarımızın qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından bəhs edən natiq Vətənə sevgi, dövlətə sədaqət və milli birlik kimi dəyərlərin hər zaman qorunmasının vacibliyini diqqətə çatdırıb.

Bakı Mühəndislik Universitetinin müəllimi, əməkdar müəllim Təyyibə Hüseynova çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında, gənc nəslin milli və vətənpərvərlik ruhunda formalaşmasında əvəzsiz xidmətlərindən danışıb. O, ölkəmizdə təhsilin inkişafına, gənclərin intellektual potensialının artırılmasına və onların hərtərəfli şəxsiyyət kimi yetişməsinə göstərilən diqqətin əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində şəhid övladlarına da xüsusi diqqət göstərilib. Şəhid Həsənov Elşad Paşa oğlunun övladı Aysun 21 yaşı, şəhid Şirvanov Mehman Mirəziz oğlunun övladı Nuray isə 8 yaşı münasibətilə təbrik olunub. Ad günü olan şəhid övladlarına xoş arzular çatdırılıb, gül buketləri təqdim edilib.

Tədbirin bədii hissəsində tanınmış ifaçıların təqdimatında musiqi nömrələri səsləndirilib.

Sonda tədbir iştirakçılarına və qonaqlara təşəkkür bildirilib, Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 1
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 2
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 3
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 4
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 5
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 6
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 7
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 8
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 9
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 10
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 11
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 12
Abşeronda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub — foto 13
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR