Logo

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda bir sıra dövlət qurumlarında vəzifə dəyişiklikləri baş verib.

İl ərzində müxtəlif nazirlik, komitə, dövlət agentliyi və yerli icra hakimiyyətlərində rəhbər vəzifələr tutan şəxslər postlarından azad ediliblər. Onların bir qismi başqa vəzifəyə təyin olunsa da, bəzilərinin sonrakı fəaliyyəti ilə bağlı hələlik hər hansı rəsmi məlumat açıqlanmayıb.

Sfera.az il ərzində vəzifəsindən azad edilən və hazırda yeni təyinatı ictimaiyyətə məlum olmayan şəxslərin siyahısını araşdırıb.

Siyahıda ilk şəxs Süleyman Mikayılovdur. Belə ki, o, 30 yanvar 2026-cı ildə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

Bu ilin fevralında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

Qərar qurumun Müşahidə Şurası tərəfindən qəbul olunub. Onun vəzifəsinin müvəqqəti icrası əvvəlcə Anar İsrafilova həvalə edilsə də, aprelin 14-də Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin olunub.

Avqustun 4-də Rəcəb Rəhimli Ordubad Rayon İcra başçısı vəzifəsindən azad edilib.

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

Avqustun 18-də isə AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov vəzifəsindən azad edilib. Eyni gündə Fərrux İsmayılov da AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsindən azad edilib.

Sentyabrın 7-də İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Kazımov da vəzifəsindən azad edilib.

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

Prezidentin sərəncamı ilə həmin vəzifəyə Osman Xaliyev təyin olunub. Beləliklə, Kazımovun yerinə yeni rəhbər gətirilib, lakin onun özü ilə bağlı sonrakı təyinat açıqlanmayıb.

Sentyabrın 15-də Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov da vəzifəsindən azad edilib.

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

O, 2016-cı ildən bu vəzifəni tuturdu. Oktyabrın 22-də isə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunub.

Sentyabrn 28-də Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib.

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

Oktyabrn 10-da Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov vəzifəsindən azad olunub. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Digər sərəncamla onun yerinə Səbuhi Əliyev təyin edilib.

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

Bu ilin oktyabrında diqqət çəkən kadr dəyişikliklərindən biri də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi vəzifəsini tutan Elçin Yusubovla bağlı olub.

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

O, oktyabrın 22-də Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. Hazırda onun başqa vəzifəyə təyin olunması barədə rəsmi məlumat yoxdur.

Oktyabrın 27-də Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov vəzifəsindən azad edilib. Onun yerinə Sahib Rzayev təyin olunub.

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

Oktyabrın 29-da isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən uzaqlaşdırılıb. Məlumata görə, qərar Maliyyə Nazirliyinin yoxlamalarından sonra verilib.

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

Noyabrın 19-da baş verən daha bir mühüm dəyişiklik Bakı Dövlət Universiteti ilə bağlı olub. Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib.

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

Bununla yanaşı, Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Digər sərəncamla Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin yeni rektoru təyin olunub.

Nazir, icra başçısı və... - Kimlər vəzifədən uzaqlaşdırılıb?

Beləliklə, ilin ilk 11 ayında həm yüksək səviyyəli dövlət qurumlarında, həm də yerli idarəetmə orqanlarında bir sıra rəhbər dəyişiklikləri baş verib. Bəzi şəxslər başqa postlara keçirilsə də, bir sıra sabiq rəhbərlərin gələcək fəaliyyəti hələlik ictimaiyyətə açıqlanmayıb.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR