Logo

Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçiriləcək – Tarix açıqlandı

Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçiriləcək – Tarix açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya, Çin və ABŞ liderləri Vladimir Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş noyabrın 19-da keçiriləcək.

Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən məlumat yayıb.

Peskovun sözlərinə görə, üç ölkə liderinin görüşünün Çinin Şençjen şəhərində, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilməsi barədə razılıq əldə olunub.

“Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüşün ayın 19-da keçirilməsi barədə razılıq əldə olunub”, – Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, bundan əvvəl Trampın Çində Putinlə görüşü zamanı müəyyən bir mövzunu müzakirə etmək istəmədiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, üç liderin görüşündə əsas müzakirə mövzularından biri nüvə silahlarının azaldılması olacaq.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR