Aİ Rusiya ilə danışıqlarda iştirak edəcək qrupun tərkibini təsdiqlədi
Dublin sammitində Aİ liderləri Rusiya ilə ekspertlər səviyyəsində danışıqlarda iştirak edəcək nümayəndə heyəti barədə razılığa gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Tərkibə Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya və Polşanın, eləcə də Aİ üzvü olmayan Böyük Britaniyanın nümayəndələri daxil olacaq.
Təfərrüatlar hələ müzakirə olunmur.
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə baş tutub. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov rəhbərlik edib. Danışıqlar masasında ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç və BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan da iştirak edib.






