Polşa Ukraynaya hərbi yardımdan çəkinir
Kateqoriya məlum deyil
Polşa Ukrayna üçün Amerika silahlarının alınması üzrə NATO proqramına töhfə verməyəcək.
Sfera.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında bildirib.
Tusk mətbuat konfransında bildirib: "Mən NATO-nun baş katibi Mark Rutteyə məlumat verdim ki, biz hələlik PURL proqramına - Ukrayna üçün Amerika silahlarının alınması üzrə yaradılmış Avropa fondlarına töhfələr verməyəcəyik".
Polşa baş naziri bu qərara səbəb kimi ölkənin yüksək büdcə kəsirini və müdafiə xərclərini göstərib.






