Trampın kürəkəni sülhdən danışdı
Avropada uzunmüddətli sülhün təmin edilməsi üçün Rusiya ilə razılaşmaların əldə olunması vacibdir. ABŞ prezidentinin kürəkəni Cared Kuşner bu məsələnin əsas şərtlərindən birini açıqlayıb.
Sfera.az xəbər verir ki, Kuşner bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O bildirib ki, Avropa və Rusiya 30 ildən artıqdır davamlı təhlükəsizlik sistemi yaratmağa çalışırlar. Lakin onilliklər ərzində formalaşmış etimadsızlıq, təhlükəsizliklə bağlı narahatlıqlar və müharibənin dağıdıcı nəticələri bu prosesi olduqca çətinləşdirib.
Kuşnerin sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, belə bir razılaşmanın əldə olunması davamlı sülhün təmin edilməsi baxımından həlledici əhəmiyyət daşıyır.
O vurğulayıb ki, əldə ediləcək istənilən razılaşma dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanmalıdır. Heç bir ölkə digər dövlətin suveren qərarlarına veto qoymaq hüququna malik olmamalıdır.
Kuşner danışıqlar prosesində Rusiya ilə də qarşılıqlı əlaqələrin davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl Cared Kuşner ABŞ-nin Ukrayna ilə bağlı danışıqlarda əsas məqsədinin yalnız atəşkəsə nail olmaqdan ibarət olmadığını açıqlamışdı. Onun sözlərinə görə, Vaşinqtonun səyləri daha geniş təhlükəsizlik arxitekturasının formalaşdırılmasına yönəlib.
Fatimə
Sfera.az






