Logo

Makron: Merkel və Draqi üçün darıxıram

Makron: Merkel və Draqi üçün darıxıram
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) hazırkı liderləri ilə görüşlərdən sıxıldığını, Almaniyanın keçmiş kansleri Angela Merkel və İtaliyanın sabiq Baş naziri Mario Draqi üçün darıxdığını etiraf edib.

Sfera.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti jurnalist Fransuaza Deqoa ilə Makron arasındakı yazışmalara istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, sözügedən yazışmaların bir hissəsi jurnalistin yeni kitabında yer alıb.

Makron 2024-cü ilin payızında Brüsseldə keçirilən Aİ sammiti zamanı jurnalistə göndərdiyi mesajda mövcud vəziyyətdən narazılığını ifadə edib.

“Darıxıram. Hər şey darıxdırıcıdır, yaradıcılıq enerjisindən məhrumdur. Mario Draqi və Angela Merkel üçün həddindən artıq darıxıram”, – Fransa Prezidenti yazıb.

Makron bəzən baş verənlərin onu yorduğunu etiraf etsə də, ruhdan düşmədiyini vurğulayıb./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR