Logo

Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə edib

Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

BMT Baş katibinin müavini, Terrorçuluqla Mübarizə İdarəsinin (UNOCT) rəhbəri Aleksandr Zuyev Bakıda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə görüşüb.

Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Terrorizmlə Mübarizə İdarəsinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

Bildirilib ki, görüşdə Bakıda keçirilmiş son Təhlükəsizlik Forumu çərçivəsində əldə olunan nəticələr və Azərbaycanın terrorizmlə mübarizə sahəsində BMT ilə əməkdaşlığının gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Görüş Azərbaycanın beynəlxalq tərəfdaşlarla terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığının inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR