Tramp: "Ağır bədəl ödəyəcəklər"

Tramp: "Ağır bədəl ödəyəcəklər"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyada yerləşdirilən ABŞ bombardmançı təyyarələrinin mümkün İranla əlaqəli təhdidlər səbəbindən ölkədəki bazadan geri çəkildiyini açıqlayıb.


Sfera.az xəbər verir ki, Tramp bu barədə Nebraska ştatına getmək üçün Ağ Evdən ayrılarkən jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib. O, Britaniyada yerləşən ABŞ hərbi təyyarələrinin yerdəyişməsi ilə bağlı bəzi təhdidlərin olduğunu bildirib və bu səbəbdən təyyarələrin bölgədə saxlanılmasına ehtiyac qalmadığını deyib.


Tramp təyyarələrin çox uzağa aparılmadığını və yerdəyişmənin böyük xərc tələb etmədiyini vurğulayıb.


Təhdidlərin mənbəyi ilə bağlı suala cavab verən ABŞ Prezidenti onların İranla əlaqəli ola biləcəyini bildirib.
Jurnalistin “İranın Britaniyaya hücum dronları gətirməsinə görə onları geri çəkdiniz?” sualına Tramp belə cavab verib:


“Bunu deyə bilmərəm, amma əgər bunu ediblərsə, ağır bədəl ödəyəcəklər”.


Tramp həmçinin İsrailə məxsus bir təyyarənin qaçırılmasına cəhdlə bağlı suala cavabında məsul şəxsin İran ola biləcəyini ehtimal edib.


ABŞ Müdafiə Nazirliyi də “Wall Street Journal”a açıqlamasında RAF Fairford aviabazasına yerləşdirilən bütün ABŞ bombardmançı təyyarələrinin ölkədəki əsas bazalarına qayıtdığını təsdiqləyib.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR