Yaponiya Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq etdi

Yaponiya Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq etdi
Kateqoriya məlum deyil
T

Yaponiya Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edib.

Sfera.az TASS-a istinadən xəbər verir ki, yeni sanksiya siyahısına Rusiyanın müxtəlif şirkət və təşkilatlarının rəhbərləri, eləcə də bir sıra müəssisələr daxil edilib.


Siyahıda “VNİİR-Proqress” şirkətinin baş direktoru Vladislav Kostin, “Rostex”in rəhbər müavini Dmitri Lelikov, şirkətin top-meneceri Vasili Brovko, “Voyentorg”, “VNİİR-Proqress”, “Alabuqa Development”, “Alabuqa Machinery” və “Uralvaqonzavod” kimi şirkət və qurumlar yer alıb.


Bundan başqa, daha 6 fiziki şəxs və 28 şirkət və təşkilata qarşı məhdudiyyətlər tətbiq olunub. Sanksiya siyahısına Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan 4 şirkət də daxil edilib.


Yeni tədbirlərin əsas diqqətçəkən məqamlarından biri isə gəmilərə qarşı tətbiq olunan məhdudiyyətlərdir. İlk dəfə olaraq Rusiya ilə əlaqəli olduğu ehtimal edilən 35 gəmi Yaponiya tərəfindən sanksiya siyahısına salınıb.


Yaponiya hökumətinin açıqladığı sənədlərdə yeni sanksiyaların Ukraynadakı vəziyyətlə əlaqədar tətbiq edildiyi bildirilib.


Yaponiyanın “Yomiuri” qəzeti daha əvvəl yeni məhdudiyyətlərin tətbiq ediləcəyini yazmışdı. Nəşr bu addımın Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə də əlaqəli olduğunu qeyd edib.


Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdryov isə Yaponiyanın reaksiyasını əsassız hesab edib. O, Yaponiyanın xarici siyasət idarəsinin rəhbərinə Cənubi Kuril adalarının Rusiyanın ayrılmaz hissəsi olduğunu bildirib.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR