Logo

Alen Simonyan Azərbaycana gələcək

Alen Simonyan Azərbaycana gələcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana gələcək.

Sfera.az xəbər verir ki, bu barədə Simonyan jurnalistlərə açıqlamasında danışıb.

Alen Simonyan qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistana səfər edib. Bu dəfə o, Azərbaycana səfər edəcək.

Simonyanın sözlərinə görə, səfər zamanı texniki məsələlər və əməkdaşlıq müzakirə olunacaq.

Xatırladaq ki, iyunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Dilican şəhərində həmin ölkənin Təhlükəsizlik Şurasının həmin dövrdəki katibi Armen Qriqoryanla işgüzar görüş keçirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR