Tramp: İran sonda təslim olacaq

ABŞ Prezidenti Donald Tramp İranın vəziyyətinin “çox pis” olduğunu bildirərək, Tehranın sonda təslim olacağını deyib.
Sfera.az xəbər verir ki, Tramp bu barədə Ağ Evin həyətində texnologiya və süni intellekt şirkətlərinin nümayəndələri ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.
İranın güzəştə getmək və ya təslim olmaq üzrə olub-olmadığı ilə bağlı suala cavab verən Tramp deyib:
“Onların hələ təslim olub-olmayacağını bilmirəm, amma sonda təslim olacaqlar. Lakin vəziyyətləri çox pisdir”.
Tramp ABŞ-ın Şimali Koreyanın nüvə silahına sahib olmasına niyə mane olmadığı ilə bağlı suala da cavab verib. O, bunun əvvəlki prezidentin dövründə mümkün olduğunu bildirib.
Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibətlərinin olduğunu deyən Tramp, “Onun sevdiyi yeganə insan, deyəsən, mənəm. Mən də onu sevirəm”, - deyə bildirib.
Tramp Hörmüz boğazından neft keçidi ilə bağlı da danışıb. O, son günlər boğazdan yüksək həcmdə neft daşındığını iddia edib.
“Bilirsiniz, son bir neçə gündə Hörmüz boğazından tarixin istənilən dövründəkindən daha çox neft çıxarmışıq”, - deyə Tramp bildirib.
Mənsumə






