Şahin Mustafayev Pezeşkianla görüşdü

Şahin Mustafayev Pezeşkianla görüşdü
Kateqoriya məlum deyil
T

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran Prezidenti Məsud Pezeşkian tərəfindən qəbul edilib.

Nazirlər Kabinetindən Sfera.az-a bildiriblər ki, Baş nazirin müavini Prezident İlham Əliyevin salamlarını Prezident Məsud Pezeşkiana çatdırıb. İran Prezidenti salamlara görə təşəkkürünü bildirib və öz növbəsində xoş arzularını ifadə edib.

Görüş zamanı xalqlarımızın ortaq tarixi və mədəni bağlarının ikitərəfli əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd olunub, Azərbaycan və İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud vəziyyəti yüksək qiymətləndirilib. İki ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

Regionda həyata keçirilən birgə layihələrin uğurla davam etdirilməsinin hər iki ölkənin və ümumilikdə bölgənin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

6abbe0d4a982d6abbe0d4a982e17906976846abbe0d4a982b6abbe0d4a982c 16abbe0d43b5df6abbe0d43b5e017906976846abbe0d43b5dd6abbe0d43b5de 16abbe0d46fd3e6abbe0d46fd3f17906976846abbe0d46fd3c6abbe0d46fd3d 16abbe0d47fb606abbe0d47fb6117906976846abbe0d47fb5d6abbe0d47fb5e 1


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR