Peskov sülh barədə: "İlkin şərtlər yoxdur"

Peskov sülh barədə: "İlkin şərtlər yoxdur"
Kateqoriya məlum deyil
T

Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqların taleyi və Moskva ilə Vaşinqton arasında mümkün yeni təmaslar gündəmdə qalmaqda davam edir.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında üz-üzə görüş keçirilməsi ehtimalına münasibət bildirib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Peskov qeyd edib ki, ekspertlər səviyyəsində lazımi hazırlıq işləri aparılmadan yüksək səviyyəli görüşün keçirilməsi məqsədəuyğun deyil.

“Üst səviyyədə planlaşdırılan hər hansı görüşlə bağlı konkret inkişaf yoxdur. Rusiya-ABŞ görüşündən danışırıqsa, prezidentin buna hazır olması məsələsi mövcuddur. Putin və Tramp telefon danışıqları zamanı ehtiyac yaranacağı təqdirdə gələcəkdə yenidən görüşməyə hazır olduqlarını dəfələrlə vurğulayıblar. Başqa şərtlər altında, ekspertlər səviyyəsində lazımi hazırlıq görülmədən yüksək səviyyəli görüş keçirmək uyğun olmaz. Bu, vaxt itkisi olardı”, –deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının yenidən başlaması məsələsinə də toxunub. O bildirib ki, hazırda danışıqlar prosesinə keçmək üçün lazımi ilkin şərtlər yoxdur.

“Kiyev hakimiyyəti kifayət qədər terror xarakterli fəaliyyətlərini davam etdirir. İndiyədək sülh danışıqları prosesinə keçilməsi üçün heç bir ilkin şərt yoxdur. Rusiya tərəfi olaraq sülh danışıqlarına açıq qalırıq”, – Peskov deyib.

Peskov Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşdən də danışıb. O bildirib ki, Rusiyanın bu məsələdə mövqeyi əvvəlki kimi qalıb. “Putin Zelenskinin istəməsi halında Moskvaya gələ biləcəyini bildirib. Ona təhlükəsizlik zəmanətləri veriləcək”, - Kremlin sözçüsü qeyd edib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR