Deputat: "Şamaxıda yaradılan yeni turizm məkanları uğurlu siyasətin növbəti nəticəsidir"

Deputat: "Şamaxıda yaradılan yeni turizm məkanları uğurlu siyasətin növbəti nəticəsidir"
Kateqoriya məlum deyil
T

Azərbaycanın turizm potensialının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında regionlarda həyata keçirilən infrastruktur layihələri və yaradılan müasir turizm obyektləri bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

Sfera.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib. Millət vəkili qeyd edib ki, sentyabrın 17-də Şamaxıda Meysari Grand Hotel & SPA, “Pirqulu Park” hotel və “Nəsimi Bağları” kimi turizm obyektlərinin açılışı rayonun turizm imkanlarını daha da genişləndirir:

"Bu layihələr yeni iş yerlərinin yaradılmasına, yerli sahibkarlığın inkişafına və regionun iqtisadi fəallığının artmasına mühüm töhfə verəcək. Şamaxının zəngin tarixi, gözəl təbiəti və mədəni irsi onun turizm üçün böyük potensiala malik olduğunu göstərir. Yeni obyektlərin istifadəyə verilməsi həmin potensialın reallaşdırılması istiqamətində atılan mühüm addımdır".

G.Qəhrəmanov əlavə edib ki, bu mərkəzlərə turistlərin axınının artması Şamaxının və bütövlükdə Azərbaycanın turizm imkanlarının daha geniş tanıdılmasına xidmət edəcək: "Müasir hotel və istirahət məkanlarının yaradılması turistlər üçün yeni seçimlər formalaşdırır, regionda qalma müddətinin artmasına, xidmət sektorunun genişlənməsinə və yerli iqtisadi dövriyyənin güclənməsinə imkan yaradır.

2026–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində turizm infrastrukturunun inkişafı və regionların turizm potensialından səmərəli istifadə edilməsi qarşıdakı dövr üçün mühüm imkanlar açır. Şamaxıda yaradılan bu yeni mərkəzlər də həmin istiqamətdə ölkəmizin turizm imkanlarının genişləndirilməsinə və yeni turizm məhsullarının formalaşmasına töhfə verəcək".

Onun sözlərinə görə, turizmin inkişafı, ilk növbədə, vətəndaşlarımızın rifahına və məşğulluğuna xidmət etməlidir. Yeni turizm obyektlərinin istifadəyə verilməsi yerli əhali üçün iş imkanlarının artmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə və ailələrin gəlirlərinin yüksəlməsinə şərait yaradır:

"Eyni zamanda, regionlarda yolların, kommunal xidmətlərin, nəqliyyat və digər infrastrukturun daha da yaxşılaşdırılması dövlətimizin daima diqqətində olan məsələlərdəndir. Turizmə qoyulan investisiyalarla infrastrukturun inkişafının paralel aparılması həm sakinlərimizin gündəlik həyatına, həm də turistlərin səfər təcrübəsinə müsbət təsir göstərir.

Şamaxıda yaradılan yeni turizm məkanları da bu uğurlu siyasətin növbəti nəticəsidir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR