İlham Əliyev: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

İlham Əliyev: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"
Kateqoriya məlum deyil
T

Türk Dövlətləri Təşkilatının beynəlxalq təhlükəsizlik, ticarət, enerji və nəqliyyat məsələlərində rolunun daha da artırılması təklif olunur.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik şuralarının katiblərini qəbul edərkən deyib.

Prezident bildirib ki, təşkilatın potensialından beynəlxalq proseslərə təsir imkanlarının artırılması üçün maksimum istifadə edilməlidir.

“Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın”, – İlham Əliyev qeyd edib.

Dövlət başçısı TDT-nin beynəlxalq arenadakı rolunun gücləndirilməsi üçün bütün imkanların mövcud olduğunu bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR