Medvedev: "Rusiya ya böyük bir güc olacaq, ya da ümumiyyətlə mövcudluğuna son qoyacaq"

Kateqoriya məlum deyil
T
Rusiya yalnız böyük dövlət statusunu qoruyacağı təqdirdə mövcudluğunu davam etdirə bilər.
Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “Vedomosti” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkənin zəifləməsi parçalanmaya gətirib çıxara bilər.
“Ölkəmiz yalnız böyük dövlət kimi mövcudluğunu qoruya bilər. Zəifləməyə başlayan kimi parçalanmağa başlayır. Biz bunu Sovet İttifaqının timsalında gördük. Buna görə də ya böyük dövlət, ya heç nə”, – Medvedev bildirib.
Medvedev müsahibəsində Rusiyanın gələcəyi, qarşıdakı Dövlət Duması seçkiləri, beynəlxalq hüquq və ölkənin hərbi potensialı ilə bağlı da fikirlərini bölüşüb.
İnci
Sfera.az






