Çin İranın qanuni hüquqlarını müdafiə etməyə hazır olduğunu açıqladı

Kateqoriya məlum deyil
T
Çin İranın qanuni hüquq və maraqlarının qorunmasına dəstək verməyə hazır olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ deyib.
“Çin və İran hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini davam etdirir. Çin həmçinin İran tərəfi ilə dialoq və əməkdaşlığı gücləndirməyə, İranın qanuni hüquq və maraqlarını qətiyyətlə qorumağa hazırdır”, – deyə Van İ bildirib.
Qeyd edək ki, Çin xarici işlər naziri çərşənbə günü Pekində iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. Görüş zamanı iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin müzakirə edildiyi bildirilib.
Bəsti Rəfizadə






