Tramp İsrailə qarşı sanksiyaya etiraz etmədi - SƏBƏB NƏDİR?

Tramp İsrailə qarşı sanksiyaya etiraz etmədi - SƏBƏB NƏDİR?
Kateqoriya məlum deyil
T

ABŞ-nin İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı Böyük Britaniyanın tətbiq etdiyi yeni sanksiyalara etiraz etməməsi beynəlxalq aləmdə geniş əks-səda doğurub.

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniya Baş naziri Endi Börnhamın planlaşdırdığı bu addıma qarşı neytral qalması Vaşinqtonun Yaxın Şərq siyasətində mümkün trayektoriya dəyişikliyi ilə bağlı suallar yaradıb.


Maraqlıdır, ABŞ-nin neytral mövqedə olmasının səbəbi nədir? Bu mövqe ABŞ-nin İsrail siyasətində dəyişiklik olduğunu göstərir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar və törətdiyi əməllər artıq bir sıra dövlətlər tərəfindən soyqırımı kimi qiymətləndirilir:


"Bu ölkələrin sırasında Avropa dövlətləri də yer alır. Məsələn, İspaniya və İrlandiya İsrailə qarşı Beynəlxalq Cinayət Məhkəməsində müvafiq işin açılmasını fəal dəstəkləyənlərdəndir. O cümlədən, Britaniyanın İsrailin zorakı şəkildə yaşayış məskənlərini tutmasına və mülki əhaliyə qarşı struktural qaydada dövlət tərəfindən dəstəklənən cinayətlərinə qarşı mövqeyi getdikcə sərtləşir".


Ekspertin sözlərinə görə, Avropa daxilində İsrailə qarşı münasibətin kəskinləşməsi 2025-ci ilin yayından, yəni Qəzzaya humanitar yardımların daxil olmasına qoyulan qadağadan sonra daha qabarıq nümayiş olunur:


“Aİ-İsrail Assosiasiya Sazişinin ləğvi də daxil olmaqla bir sıra məhdudiyyətlər və qadağaların tətbiq olunması gündəmdədir. Lakin qurum daxilində tam konsensus olmadığına görə bir ildir ki, müvafiq qadağalar ümumittifaq səviyyəsində qəbul edilməyib. Hazırda isə Fransa, Britaniya və bəzi digər Avropa dövlətləri İsrailin qeyri-qanuni tutduğu yaşayış məskənlərindən gələn məhsullara qarşı milli səviyyədə sanksiya və tədbirlər elan ediblər. Bu tədbirlər ümumittifaq səviyyəsində və ya ABŞ tərəfindən açıq şəkildə dəstəklənən qadağalar olmasa da, ümumilikdə İsrailin Fələstin dövlətçiliyini rədd etməsinə və iki dövlətli həll modelini gündəmdən çıxarmaq cəhdlərinə qarşı Qərbdə formalaşan siyasi iradənin aydın nümayişidir".


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR