İlham Əliyev İspaniyaya başsağlığı verdi
Kateqoriya məlum deyil
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib.
Sfera.az xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə X hesabında paylaşım edib.
"İspaniyada baş vermiş faciəvi qatar qəzası məni dərindən kədərləndirib. Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara tezliklə sağalmağı arzulayıram", - paylaşımda bildirilib





