Onlar Əraqçi ilə görüşəcəklər

Körfəz ölkələrinin xarici işlər nazirlərinin gələn həftə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcəyi bildirilib.
Sfera.az xəbər verir ki, “Financial Times”ın yaydığı xəbərə görə, görüşün əsas məqsədi İran və Oman arasında Hörmüz boğazından keçən gəmiçilik hərəkətinin idarə olunması ilə bağlı müvəqqəti razılaşmanın əldə edilməsinə dəstək verməkdir. Məlumata görə, görüşün Omanının Salalah şəhərində keçirilməsi gözlənilir.
Danışıqlarda əsas diqqət neft tədarükündə yaranan fasilələr fonunda Hörmüz boğazından daşımaların müvəqqəti şəkildə necə təşkil ediləcəyinə yönələcək.
Qeyd edək ki, İran və Oman avqust ayında Hörmüz boğazında dəniz nəqliyyatının yenidən açılması ilə bağlı razılaşmaya yaxın olduqlarını açıqlayıblar.
Bəsti Rəfizadə
Sfera.az






