Tramp: "Onları bloklayacağam"

Tramp: "Onları bloklayacağam"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının aralıq seçkilərdə qalib gələcəyi təqdirdə Konqresdə onların təşəbbüslərini bloklayacağını bildirib.

Sfera.az xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.

“Mən iki il ərzində onların bütün pis təşəbbüslərini bloklayacağam”, – Tramp prezidentlik müddətinin son iki ilində Konqresin hər iki palatasına nəzarətin demokratlara keçməsi ehtimalını şərh edərkən bildirib.

Bununla yanaşı, ABŞ prezidenti demokratlarla müəyyən məsələlər üzrə razılaşmaların əldə olunmasını da mümkün sayıb.

“Bəlkə də onlarla razılaşmalar əldə edə bilərik. Onlara nəsə lazım olacaq və biz razılığa gələcəyik. Hər şey o qədər də pis olmaya bilər”, – Tramp deyib.

ABŞ lideri demokratların ona qarşı yenidən impiçment proseduruna başlamağa çalışacaqlarını da iddia edib. Tramp bunun üçün siyasi rəqiblərinin əsaslarının olmadığını bildirib.

ABŞ Konqresinə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR