Tramp bu vərdişini aradan qaldırmalı olub

Kateqoriya məlum deyil
T
ABŞ Prezidenti Donald Tramp siyasətə gəldikdən sonra insanlarla əl sıxmaqdan xoşlanmamaq vərdişini aradan qaldırmalı olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Tramp bunu Texasda Respublikaçılar Partiyasının seçki toplantısında çıxışı zamanı deyib. O, əvvəllər əl sıxmağı heç sevmədiyini, lakin siyasətçi olduqdan sonra bu vərdişə alışmağa məcbur qaldığını söyləyib.
“Mən əl sıxmağa dözə bilməyən insanlardanam. Əvvəllər buna nifrət edirdim. Siyasətçi olanda buna öyrəşməli oldum. İndi siyasətçi olun və kiminsə əlini sıxmayın. Bu necə görünər?” – Tramp bildirib
ABŞ lideri həmçinin təmizliyə böyük önəm verdiyini və gigiyena vasitələrini daim yanında saxladığını qeyd edib.
Firuzə Əliyeva






