Ukrayna Avropadan daha 27 milyard dollar istəyib

Ukrayna Avropadan daha 27 milyard dollar istəyib
Kateqoriya məlum deyil
T

Ukrayna hakimiyyəti Avropadan daha 27 milyard dollar maliyyə yardımı istəyib.

Sfera.az bildirir ki, bu barədə “The New York Times” nəşri yazıb.

“Prezident Vladimir Zelenski müttəfiqlərinə bildirib ki, Ukrayna müdafiə büdcəsində gözləniləndən daha böyük kəsirlə üzləşib. Cari ili başa vurmaq üçün ona əlavə 27 milyard dollar lazım olacaq”, – deyə nəşrin məlumatında qeyd olunub.

Nəşrin yazdığına görə, Kiyevin maliyyə tələbi müttəfiqləri ilə münasibətləri çətinləşdirə bilər. Buna səbəb dövlət gəlirlərinin azalması fonunda büdcə kəsirinin gözlənilmədən artmasıdır.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Ali Radasının deputatı Anna Skoroxod ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevdən Ukrayna Prezidenti Volodimir Zelenskinin davranışından “böyük şok” keçirərək ayrıldıqlarını bildirmişdi.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR