YAP qrultaya hazırlaşır - FOTOLAR

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının VII konfransı keçirilib.
Sfera.az xəbər verir ki, konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, daha sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib.
Tədbirdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövründə həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.
Konfransda Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və YAP Mərkəzi Aparatının nümayəndəsi Asif İmaməliyev çıxış ediblər.
Çıxışlarda Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətlər, həyata keçirilən islahat və quruculuq işləri, YAP-ın dövlətçiliyin möhkəmləndirilməsində rolu və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi vurğulanıb.
Siyavuş Novruzov bildirib ki, qalib Azərbaycanın yaratdığı yeni reallıqlar rifah, inkişaf və qələbələr vəd edir.
Konfransda YAP Kəngərli rayon təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib, YAP-ın VIII Qurultayına nümayəndələr seçilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

















