“Bakı beynəlxalq iqlim əməkdaşlığında mühüm yer tutur”

“Bakı beynəlxalq iqlim əməkdaşlığında mühüm yer tutur”
Kateqoriya məlum deyil
T

“Bakı beynəlxalq iqlim əməkdaşlığının son dövr tarixində olduqca mühüm yer tutur”.

Sfera.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Dördüncü İqlim Həftəsinin (CW4) rəsmi açılış mərasiminə ünvanladığı videomesajda deyib.

Onun sözlərinə görə, COP29-da ölkələr 2035-ci ilə qədər illik 300 milyard dollar həcmində yeni qlobal iqlim maliyyələşməsi hədəfi üzərində razılığa gəldilər: “Eyni zamanda bütün tərəfləri dövlət və özəl mənbələrdən iqlim maliyyələşməsini 2035-ci ilə qədər ildə ən azı 1,3 trilyon dollara çatdırmaq üçün birgə fəaliyyət göstərməyə çağırdılar.

Bakıdan Belemə Yol Xəritəsi də bu işi davam etdirərək maliyyənin ən çox ehtiyac duyulan yerlərə yönəlməsi üçün praktiki addımlar müəyyənləşdirdi. Mənim üçün Bakıya qayıtmaq sadəcə simvolik məna daşımır. Bura həm də real nəticələrin əldə olunması baxımından istinad nöqtəsi kimi çıxış edir. Bu, danışıqlar masasında verilən vədlərin real layihələrə, investisiyalara və insanların həyatını yerindəcə qoruyan konkret tədbirlərə çevrilib-çevrilmədiyini göstərən bir sınaqdır.

Hazırda əsas vəzifəmiz məhz budur. Biz bilirik ki, iqlim sahəsində əməkdaşlıq öz nəticəsini verir. Bu əməkdaşlıq olmadan bəşəriyyət fəlakətli səviyyədə qlobal istiləşməyə doğru irəliləyərdi. Bununla yanaşı biz hələ də mübarizədəyik. Eyni zamanda real iqtisadiyyatda transformasiya sürətlənir. Bu gün təmiz enerjiyə qoyulan investisiyalar ildə 2 trilyon dolları ötür. Bərpa olunan enerji mənbələri kömürü geridə qoyaraq dünyanın əsas enerji mənbəyinə çevrilib və bu fərq getdikcə daha da artacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR