İranın İordaniyaya hücumu intensivləşib

İordaniya ərazisinə İran tərəfindən 20 raket atılıb.
Sfera.az “Reuters”ə istinadın xəbər verir ki, İordaniya hava hücumundan müdafiə qüvvələri raketlərdən 18-ni havada zərərsizləşdirib. Qalan iki raket isə yaşayış olmayan ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralananların olmadığı bildirilib. . Məlumata görə, İranın raket hücumunun əsas hədəflərindən biri İordaniyanın Əl-Əzraq yaxınlığındakı ABŞ hərbi bazası olub.
Hücum ABŞ-nin İranın neft tankerlərinə qarşı həyata keçirdiyi zərbələrdən sonra baş verib. Hadisə Yaxın Şərqdə ABŞ və İran arasında artan qarşıdurmanın fonunda baş verib. Regionda gərginliyin yüksəlməsi enerji bazarlarına da təsir göstərib və “Brent” markalı neftin qiyməti bir barel üçün 100 dollara yaxınlaşıb.
Firuzə Əliyeva






