Paşinyan Bakıda heykəl istəyir? - İDDİA

Paşinyan Bakıda heykəl istəyir? - İDDİA
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın paytaxtı Bakıda heykəlinin ucaldılmasını istədiyi iddia olunur.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Qəzetin məlumatına görə, Paşinyan Bakıya səfər edən Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş zamanı öz heykəlinin Bakıda ucaldılmasının vacib olduğunu bildirib.

“Hraparak” Paşinyanın son dövrlər müxtəlif dairələrdə özünü qəhrəman kimi təqdim etməyə çalışdığını da iddia edib. Qeyd edək ki, bu məlumat hazırda yalnız Ermənistan mətbuatında yayılan iddiaya əsaslanır. Paşinyanın belə bir açıqlama verdiyini təsdiqləyən rəsmi məlumat təqdim edilməyib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR