YAP-ın VIII Qurultayına hazırlıq başlayıb
Kateqoriya məlum deyil
Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb.
Sfera.az xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir.
Konfranslarda rayon təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qiymətləndirilir, YAP-ın qurultayına nümayəndələr seçilir.
Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.
YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.
YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək. \\apa





