Rubiodan göstəriş: İranla əlaqəni kəsin!

Rubiodan göstəriş: İranla əlaqəni kəsin!
Kateqoriya məlum deyil
T

ABŞ dövlət katibi Marko Rubio bu həftə dünyanın müxtəlif ölkələrindəki ABŞ səfirliklərinə İranla iqtisadi əlaqələrin məhdudlaşdırılması ilə bağlı diplomatik demarş göndərilməsi barədə göstəriş verib.

Sfera.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Məlumata görə, ABŞ səfirliklərindən ev sahibi ölkələrin ən yüksək səviyyəli rəsmilərinə müraciət edərək İranla bütün ticarət əlaqələrinin dərhal və sistemli şəkildə dayandırılmasını tələb etmək tapşırılıb. ABŞ tərəfi həmçinin ölkələrdən İran şirkətlərinin qanunsuz biznes fəaliyyətinin qarşısının alınmasını istəyib.

Mənbələrin məlumatına görə, Vaşinqtonun diplomatik mesajında İranla biznes əlaqələrini davam etdirən ölkələrin, şirkətlərin və fiziki şəxslərin sanksiyalara məruz qala biləcəyi və dollar əsaslı maliyyə sisteminə çıxış imkanlarını itirə biləcəyi vurğulanıb. “Axios”un mənbələrindən biri bildirib ki, Əbu-Dabi, Maskat, Honq-Konq, Doha, London, Berlin və Mərkəzi Asiyanın bir sıra paytaxtlarındakı ABŞ diplomatik nümayəndəliklərinə xüsusi göstəriş göndərilib. Həmin göstərişdə ev sahibi hökumətlərdən İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli “Melli” və “Saderat” banklarının bütün filiallarının bağlanmasının tələb edildiyi bildirilib. Bundan başqa, ABŞ Prezidenti Donald Trampın administrasiyasının İrana qarşı iqtisadi təzyiq tədbirlərinin həyata keçirilməsini və icrasını əlaqələndirmək məqsədilə idarələrarası işçi qrup yaratmaq üzərində çalışdığı qeyd olunub.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR