Ərdoğanın silahdaşı vəfat etdi

Ərdoğanın silahdaşı vəfat etdi
Kateqoriya məlum deyil
T

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AK Parti) kədərli hadisə yaşanıb.

Sfera.az xəbər verir ki, AK Parti Qadın Qolları Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) üzvü İsmet Zeynep Çiftçi 44 yaşında vəfat edib. Çiftçinin bir müddətdir Ankarada xəstəxanada müalicə aldığı bildirilib.

Xəbərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çiftçinin vəfatı ilə bağlı başsağlığı mesajı yayıb.

Ərdoğan onu “qiymətli yol və dava yoldaşım” adlandıraraq ailəsinə, yaxınlarına və AK Parti təşkilatına başsağlığı verib.

1982-ci ildə Şanlıurfada anadan olan İsmet Zeynep Çiftçi Şanlıurfa Qız İmam Hatip Liseyində təhsil alıb. O, Harran Universitetində İqlimləndirmə və Soyutma, Anadolu Universitetində isə Ədliyyə ixtisasları üzrə təhsil alıb. İki uşaq anası olan Çiftçi siyasi fəaliyyətindən əlavə, Haliliyə Bələdiyyəsinin Qadın Dəstək Mərkəzlərində koordinator kimi çalışıb.

Çiftçi AK Parti Şanlıurfa İl Qadın Qollarında müxtəlif vəzifələrdə çalışdıqdan sonra partiyanın Qadın Qolları MKYK üzvü seçilib.

Onun cənazə namazının Şanlıurfadakı Yusuf Paşa məscidində qılınacağı, daha sonra Bediüzzaman Ailə Qəbiristanlığında dəfn ediləcəyi bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR