Regionda müharibə başlayır – Tramp hücum əmri verdi

ABŞ Prezidenti Donald Tramp ABŞ qüvvələrinin Hörmüz boğazı yaxınlığında İranın müəyyən hədəflərinə zərbələr endirdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Fox news” məlumat yayıb. Trampın sözlərinə görə, hücum İranın Hörmüz boğazında dəniz minaları yerləşdirməyə cəhd etməsinə və ABŞ-ın İordaniyadakı hərbi bazasına doğru 8 raket atmasına cavab olaraq həyata keçirilib.
ABŞ lideri bildirib ki, Tehran bu zərbələrə cavab verməyə çalışarsa, İranı daha genişmiqyaslı və daha ağır hücumlar gözləyir.
Tramp əlavə edib ki, ABŞ gələcəkdə İrana elə güclü zərbə endirə bilər ki, ölkədə “çox az şey qalar”.
Bunun ardınca İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi ABŞ-yə sərt cavab veriləcəyini bəyan edib. O bildirib ki, Vaşinqton İran ərazisinə yeni zərbələr endirdiyinə görə “bərk peşman olacaq”.






