Rusiya Almaniyaya hücum etdi - İDDİA

Almaniya Rusiyanı Leypsiq hava limanına dron hücumu təşkil etməkdə ittiham edib.
Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri Yohann Vadeful mətbuat konfransında bildiriblər.
Nazirlər qeyd ediblər ki, Almaniya Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarəti də gücləndirəcək və Bonndakı Rusiya konsulluğunu bağlayacaq.
Vadeful həmçinin bildirib ki, Berlində fəaliyyət göstərən “Rus Evi”nin fəaliyyəti ilə bağlı müqaviləyə xitam veriləcək. Onun sözlərinə görə, bu addım Almaniyanın təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyır.
Leypsiq hava limanında insident avqustun əvvəlində baş verib. Hava limanında Ukraynaya məxsus yük təyyarələrinin yaxınlığında üzərində partlayıcı qurğu olan dron aşkarlanıb./modern.az






