Norveç Kralı öldü

Norveç Kralı öldü
Kateqoriya məlum deyil
T

Norveç Kralı V Harald 89 yaşında vəfat edib.

Sfera.az xəbər verir ki, Kral Sarayından verilən açıqlamada Kral Haraldın avqustun 28-də səhər saatlarında Oslo Universitet Xəstəxanasında dünyasını dəyişdiyi bildirilib.

Sarayın açıqlamasında deyilib: “Əlahəzrət Kral Haraldın bu gün vəfat etdiyini dərin kədərlə bildiririk. Kral Harald avqustun 28-də səhər saatlarında Oslo Universitet Xəstəxanasında sakit şəkildə həyata gözlərini yumub”.

Qeyd edək ki, V Harald avqustun 17-dən etibarən hemolitik anemiya səbəbilə Oslo Universitet Xəstəxanasında müalicə olunub. Kral Haraldın vəfatından sonra onun 53 yaşlı oğlu, Vəliəhd Şahzadə Haakon Norveç taxtının yeni hökmdarı olub.

Harald V Avropanın ən yaşlı hökmdarı hesab olunudu. O, 1991-ci ildə atasının vəfatından sonra Norveç kralı olub.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR