Tramp 2028-ci il seçkiləri ilə bağlı danışdı: “O, namizəd ola bilər”

ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində Texas ştatından respublikaçı senator Ted Kruzun namizədliyini irəli sürə biləcəyini istisna etməyib.
Sfera.az xəbər verir ki, Tramp jurnalistin Ted Kruzun prezidentlik yarışına qatılacağına dair mesajlar verməsi ilə bağlı sualını cavablandırarkən senatoru istedadlı siyasətçi adlandırıb.
“Düşünürəm ki, o, bunu edə bilər”, – deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, Ted Kruz 2018-ci ildən Texas ştatını ABŞ Senatında təmsil edir. O, 2016-cı ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürüb və həmin seçkidə Trampa məğlub olub.
2028-ci il prezident seçkiləri ilə bağlı Respublikaçılar Partiyasında mümkün namizədlərin müzakirəsi artıq gündəmə gəlməyə başlayıb.
İnci
Sfera.az






