Logo

Azərbaycan ilə Özbəkistanın Prezidentləri və Birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar

Azərbaycan ilə Özbəkistanın Prezidentləri və Birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində "Ark" qalası ilə tanış olublar.

Sfera.az xəbər verir ki, "Ark" qalası eramızdan əvvəl IV əsrdə inşa olunub. Onun hazırkı görkəmi isə əsasən XVII-XVIII əsrlərdə formalaşıb.

Qaladan XX əsrin əvvəllərində Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunurdu. Hazırda qala 4 hektar ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə dağılıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR