Aİ Ukraynaya 6,1 milyard avro ayırdı

Aİ Ukraynaya 6,1 milyard avro ayırdı
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı Ukraynanın müdafiəsi üçün 6,1 milyard avroluq maliyyə paketini təsdiqləyib.

Sfera.az Euronews-a istinadən xəbər verir ki, bu vəsait Aİ-nin Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq kredit proqramının bir hissəsidir və müdafiə təyinatlı alışlara yönəldiləcək.

Avropa Komissiyasının açıqlamasına görə, maliyyə vəsaiti Ukraynaya hava və raket hücumundan müdafiə sistemləri, raketlər, sursat və radarların alınmasına imkan verəcək.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, Rusiyanın hücumlarını gücləndirdiyi bir vaxtda Aİ Ukraynanın əhalisini qorumasına və hava məkanını müdafiə etməsinə yardımını artırır.

“Avropa Ukraynanın yanındadır və biz onun ehtiyac duyduğu dəstəyi vaxtında təmin edəcəyik”, – deyə o bildirib.

Maliyyə paketinin təsdiqlənməsi Ukraynanın intensiv raket hücumları ilə üzləşdiyi bir vaxta təsadüf edir. Məlumata görə, yalnız iyun ayında Ukraynaya 376 raket zərbəsi endirilib.

Bu arada, Avropa Şurasının prezidenti Antonio Koştanın da daxil olduğu müttəfiq ölkələrin nümayəndələri Kiyevdə “İstəkli ölkələr koalisiyası”nın toplantısına qatılıblar.

Görüşdə Ukraynaya əlavə hava hücumundan müdafiə dəstəyi və enerji təchizatının gücləndirilməsi məsələləri müzakirə olunur.

Ukraynanın baş naziri Sergey Koretski Aİ-nin yeni maliyyə dəstəyini alqışlayıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR