Daşkənd hava limanında İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri görülür – VİDEO

Daşkənd hava limanında İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri görülür – VİDEO
Kateqoriya məlum deyil
T

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət səfərinə hazırlıq işləri aparılır.

Sfera.az xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin qarşılanması ilə bağlı müvafiq tədbirlərə başlanılıb və səfərin yüksək səviyyədə təşkili üçün hazırlıq işləri həyata keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 23–24-də baş tutacaq. Səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü və danışıqları, həmçinin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi nəzərdə tutulur.

Dövlət səfərinin iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR