Fransa NATO-dan uzaqlaşmaq istəyir

NATO-nun ən böyük üçüncü hərbi gücünə sahib olan Fransa növbəti prezident seçkilərindən sonra radikal addım ata bilər.
Parisin alyansın hərbi qanadından çıxması və ya NATO ilə yollarını tamamilə ayırması məsələsi beynəlxalq müstəvidə ciddi narahatlıq doğurub.
Sfera.az "Politico"ya istinadən xəbər verir ki, “Milli Cəbhə" partiyasının lideri Marin Le Pen Fransanın NATO-nun inteqrasiya olunmuş hərbi komandanlığından çıxarılmasını tələb edir. O, bu mövqeyini yüksəkrütbəli hərbçilərlə görüşlərində də açıq şəkildə ifadə edib. Sol qanadın lideri Can-Lük Melanşon isə alyansdan tamamilə ayrılmağın tərəfdarı kimi çıxış edib. Hər iki siyasətçinin bu ritorikası fransız seçicilər arasında geniş dəstək tapır.
Nəşrin yaydığı məlumata görə, ekspertlər nüvə dövləti və NATO-nun təsisçilərindən biri olan Fransanın belə bir addım atmasının alyans daxilində dərin sarsıntılara səbəb olacağını bildirirlər. Vurğulanıb ki, Parisin hərbi qanaddan çəkilməsi Rumıniya və Estoniya kimi Şərqi Avropa ölkələrindəki fransız hərbi kontingentinin varlığını riske atacaq, müttəfiqlər arası koordinasiyanı zəiflədəcək və qlobal təhlükəsizlik balansını mənfi yöndə dəyişəcək.
Bəsti Rəfizadə






