Ukrayna Rusiyada strateji hədəfləri vurdu

Ukrayna Rusiyada strateji hədəfləri vurdu
Kateqoriya məlum deyil
T

Ukrayna Rusiyanın müxtəlif bölgələrində strateji hədəflərə zərbələr endirib.

Sfera.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Perm vilayətinin də hədəfə alındığını açıqlayıb. Zelenskinin sözlərinə görə, Ukrayna qüvvələri bu gecə Ukrayna sərhədindən 1600 kilometrdən çox məsafədə yerləşən Perm neft emalı zavoduna zərbə endirib.

Bundan başqa, Volqoqrad vilayətində yerləşən Marinovka hərbi aerodromuna uzunmənzilli hava hücumu həyata keçirilib.

“Qara dənizdə də nəticələr əldə edildi”, – deyə Zelenski bildirib. Ukrayna Prezidenti Krasnodar vilayətində Rusiya ordusunun Ukraynaya qarşı hücumlarda istifadə etdiyi pilotsuz uçuş aparatlarının buraxıldığı və saxlanıldığı məntəqənin də vurulduğunu qeyd edib.

Zelenski həmçinin son günlərdə Rusiyanın Həştərxan vilayətində, Ukraynadan təxminən 600 kilometr məsafədə yerləşən Ahtubinsk hərbi aerodromuna hücum edildiyini xatırladıb. Onun sözlərinə görə, burada “Su-34” tipli döyüş təyyarəsinin zədələndiyi barədə məlumat əldə edilib. Ukrayna lideri açıqlamasında hücumlara aid olduğu bildirilən görüntüləri də yayıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR